S.Ərəbistanı qlobal neft ehtiyatlarının marta qədər azalmayacağını bildirib


İqtisadiyyat 17 Noy 2017 13:01:33 256 0

S.Ərəbistanı qlobal neft ehtiyatlarının marta qədər azalmayacağını bildirib

Nazir: "30 noyabr sammitində nə etmək istədiyimizi ortaya qoymalıyıq"

OPEC+ anlaşmasının üzvləri noyabrın 30-da Vyanada keçiriləcək növbəti sammitdə hasilatın azaldılması ilə bağlı anlaşmanın yenidən uzadılmasını elan edə bilər. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə S.Ərəbistanının energetika naziri Xalid əl-Falih çıxış edib.

Əl-Falih bildirib ki, "OPEC, cari anlaşmanın bitəcəyi tarix - 2018-ci ilin mart ayının sonuna qədər qlobal neft ehtiyatlarında əlavə həcmi aradan qaldıra bilməyəcək".

"Anlamalıyıq ki, mart ayının sonunda istədiyimiz səviyyədə ola bilməyəcəyik. Bu da o deməkdir ki, anlaşma uzadılmalıdır. Şəxsi fikrim budur ki, noyabrın 30-da neft bazarına aydınlıq gətirərək nə etmək istədiyimizi bildirməliyik", - deyə nazir əlavə edib.