Zakir Həsənov komanda-qərargah hərb oyunları ilə bağlı müşavirə keçirib


Siyasət 17 Noy 2017 13:05:19 286 0

Zakir Həsənov komanda-qərargah hərb oyunları ilə bağlı müşavirə keçirib

Müdafiə naziri müvafiq tapşırıq və göstərişlərini verib

Bu gün Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.

Bu barədə "Report"a  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Baş idarə, idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növləri komandanları, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər və döyüş sərəncamları çatdırılıb.Müdafiə naziri təlimlərdə iştirak edən rəhbər heyətin məruzələrini dinlədikdən sonra müvafiq tapşırıq və göstərişlərini verib.