Əhalinin faizlərə xərclədiyi vəsait AÇIQLANDI


Digərləri 17 Noy 2017 13:03:09 285 0

Əhalinin faizlərə xərclədiyi vəsait AÇIQLANDI

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,2% artaraq 40 mlrd. 190,7 mln. manata çatıb.

Son.az xəbər veirr ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, onun hər nəfərə düşən həcmi orta hesabla 4131,9 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,3%-i (34 mlrd. 282,7 mln. manat) son istehlak xərclərinə, 8,5%-i (3 mlrd. 416,2 mln. manat) vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (723,4 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,4%-i (1 mlrd. 768,4 mln. manat) isə yığıma yönəldilib.