"Bir qrup beynəlxalq QHT Azərbaycanla Aİ arasındakı proseslərə zərbə vurmağa çalışır"


Siyasət 17 Noy 2017 13:06:12 324 0

"Bir qrup beynəlxalq QHT Azərbaycanla Aİ arasındakı proseslərə zərbə vurmağa çalışır"

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında keçirilməsi planlaşdırılan 5-ci "Şərq Tərəfdaşlığı" sammiti ərəfəsində bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı hücuma başlayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

A.Quliyev bildirib ki, bir qrup beynəlxalq QHT-lər Azərbaycana qarşı yenidən fəallaşıb.

Deputat bildirib ki, həmin QHT-lər Azərbaycan ilə Aİ arasında gedən proseslərə zərbə vurmağa çalışırlar: "Hər dəfə Azərbaycan ilə Avropa İttifaqı arasında mühüm proseslər baş verəndə QHT-lərin həmin şəbəkəsi fəallıq göstərir. Əgər onların siyahısına nəzər salsaq görərik ki, bəlli təşkilatlardır və hansısa qüvvələr tərəfindən yönəldilirlər. Bu təşkilatlar arasında "PİN" adlı bir təşkilat var ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal dövründə Azərbaycan əsirlərinin daxili orqanlarını satmaqla məşğul idi. Azərbaycanla Avropa İttifaqının arasını vurmaq istəyən belə QHT-lər bu həssas məqdamda da Azərbaycana qarşı kampaniyanı davam etdirirlər".

A.Quliyev ümid etdiyini bildirib ki, belə QHT-lərin fəaliyyətinə baxmayaraq Azərbaycan ilə Aİ arasında münasibətlər dərinləşəcək: "Ümid edirəm ki, münasibətlər daha da dərinləşəcək və biz qarşıya qoyulan məqsədlərə nail olacağıq".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində