Ərəb Bakıdan qız aldı, gəlini qızılı "Rolls Royce"la apardı VİDEO


Digərləri 17 Noy 2017 12:04:00 403 0

Ərəb Bakıdan qız aldı, gəlini qızılı "Rolls Royce"la apardı  VİDEO

Azərbaycanlı qız ərəb oğlanla ailə həyatı qurub. 

Son.az baku.ws-yə istinadən xəbər verir ki, gəlin gətirmə Bakıda 9-cu mikrorayonda baş tutub. 

Ərəb bəylə gəlinin binadan çıxmasının və gəlin maşınına əyləşməsinin videosunu fotoqraf Orxan Məmmədov sosial şəbəkədə paylaşıb. 

Qohum-əqrəba bəylə gəlini vağzalı sədaları altında və ərəblərə məxsus xüsusi səslərlə yola salıb. 

Bəylə gəlin qızılı rəngli "Rolls-Royce" markalı avtomobilə minib. 

Qeyd edək ki, son illər əcnəbilərlə ailə həyatı quran azərbaycanlı qızların sayı artıb. Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar.