Azərbaycan Beynəlxalq Bankından yeni mobil bank əlavəsi


Digərləri 17 Noy 2017 11:53:00 333 0

Azərbaycan Beynəlxalq Bankından yeni mobil bank əlavəsi

Müasir dövlət bankı olaraq bir çox innovativ texnologiyaları ilk dəfə ölkəmizə gətirən Azərbaycan Beynəlxalq Bankı dünyanın aparıcı şirkətlərindən olan Backbase şirkətinin platforması üzərində yeni rəqəmsal xidmətini - "IBAm" mobil əlavəsini müştərilərin istifadəsinə verib. Bu xidmət zaman və məkandan asılı olmayaraq bank hesablarının və kartların idarə olunmasında, müxtəlif ödənişlərin həyata keçirilməsində yeni imkanlar yaradır. "IBAm" istifadəçiləri aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:

Hesablar barədə məlumatın əldə edilməsi;

Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;

Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;

Kartların bloklaşdırılması və blokdan çıxarılması;

"SMS-xəbərdarlıq" xidmətinin aktiv və deaktiv edilməsi;

Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlaraköçürmələr;

Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;

Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;