Məşhur tennisçi qarət olundu


İdman 17 Noy 2017 11:52:00 306 0

Məşhur tennisçi qarət olundu

Məşhur amerikalı tennisçi Vinus Uilyamsın evi qarət olunub. 

Goal.az xəbər verir ki, 37 yaşlı idmançının təxminən 400 min dollarlıq əmlakı oğurlanıb.

Hadisənin 1 – 5 sentyabr aralığında baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanları hələlik qarətçilərin kimliyini müəyyənləşdirə bilməyiblər. Tennisçinin evindən nələrin oğurlandığı açıqlanmır.

Qeyd edək ki, V.Uilyams 4 qat olimpiya çempionu və Uimbldon turnirinin beşqat qalibidir. (WPEC-TV)