Azərbaycanda eramızdan əvvəl II minilliyə aid olan qəbirlər tapıldı FOTO


Digərləri 17 Noy 2017 11:10:00 290 0

Azərbaycanda eramızdan əvvəl II minilliyə aid olan qəbirlər tapıldı  FOTO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində Masallı rayonunun Bədəlan-Xanalion kənd yolunun sol tərəfində, eyniadlı çayın sağ sahilində, Lənkəran ovalığında, Talış dağlarının ətəklərində yerləşən kurqan tipli qəbir abidələri aşkar edilib.

Son.az xəbər verir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, bu torpaq örtüklü kurqanların diametri 45-50 m, üst örtüyünün saxlanılmış hündürlükləri isə 4-5 metrə çatır. Dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə salınmış bu qəbir abidələrinə kəndin ərazisində tək-tək hallarda rast gəlinir. Kurqanların düzülüşü əsasən şərq-qərb istiqamətlidir.

A.Ağalarzadə bildirib ki, ilkin ehtimala görə, bu abidələr tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərinə, yəni, e.ə. II minilliyin sonu I minilliyin əvvəllərinə aid edilir.

Tədqiqatçı qeyd edib ki, Azərbaycanın cənub bölgəsində mövcud olan tunc-ilk dəmir dövrü kurqanları ibtidai icma quruluşu cəmiyyətlərinin bəhs olunan dövrdəki mənəvi mədəniyyətlərini və dəfn adətlərini izləməyə imkan verir:


Xəbərə aid fotolar