"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub"


Siyasət 17 Noy 2017 10:24:00 248 0

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və terrorizmlə mübarizə ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu RİA Novosti-yə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

O qeyd edib: "Bizim Gürcüstandakı münaqişə (Cənubi Osetiya və Abxaziya münaqişəsi - red.) ilə bağlı tamamilə əks baxışlarımız var, lakin eyni zamanda Dağlıq Qarabağ və terrorizmlə mübarizə üzrə mütləq əməkdaşlıq edirik".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində