Erməni milyarderlə məşhur tennisçinin toyu oldu VİDEO FOTO


Digərləri 17 Noy 2017 10:30:00 454 0

Erməni milyarderlə məşhur tennisçinin toyu oldu  VİDEO  FOTO

Dünyanın ən məşhur və güclü qadın tennisçisi sayılan Serena Uilyamsla erməni milyarder Aleksis Ohanyanın toyu olub.

Son.az tmz-yə istinadən bildirir ki, media üçün qapalı keçən, 250 qonağın dəvət aldığı toy ABŞ-ın Nyu-Orlean şəhərindəki " The Contemporary Art Center"də təşkil olunmuşdu.

Toy "Gözəl və çirkin" (Beauty and the Beast) nağılının motivləri stilində idi.

Bu səbəbdən qonaqlar da seçilmiş stilə uyğun geyinmişdilər. Gələn qonaqların hamısı üçün "Be Our Guest" mahnısı səsləndirilib.

Qonaqlar arasında Beyonse, Eva Lonqoriya, Anna Vintur, Siara, Kelli Roulend, Cey Zi və başqaları vardı.

36 yaşlı Serena Uilyams və Reddit servisinin sahibi, 34 yaşlı erməni milyarder Aleksis Ozanyan toyda qızları Aleksis Olimpiya ilə birlikdə idilər.

Aleksis Olimpiya sentyabrda anadan olub.