ABŞ Dövlət Departamenti: Avropada terror aktlarının törədilmə ehtimalı yüksəkdir


Dünya 17 Noy 2017 09:53:11 267 0

ABŞ Dövlət Departamenti: Avropada terror aktlarının törədilmə ehtimalı yüksəkdir

Dövlət Departamenti ABŞ vətəndaşlarına Avropa ölkələrinə səyahətlə bağlı xəbərdarlıq edib

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Avropa ölkələrinə səyahətlə bağlı xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamenti yazılı açıqlama yayıb.

“ABŞ vətəndaşları Avropaya səyahət edən zaman tətil, festival və digər fəaliyyətlərində diqqətli olmalıdırlar. Bu turizm xəbərdarlığı 2018-ci il yanvarın 31-dək qüvvədə olacaq”, - açıqlamada vurğulanıb. 

İnformasiyaya əsasən, bu xəbərdarlıq bayram günlərində, ondan əvvəl və sonra Avropa ölkələrində terror hücumlarının baş verə biləcəyi ehtimalı ilə əlaqədardır: “İŞİD və “əl-Qaidə” terror qruplaşmalarının son zamanlar Fransa, Rusiya, İsveç, İngiltərə, İspaniya və Finlandiyada törətdikləri terrorların oxşarının Avropada yenidən törədiləcəyi ehtimal edilir”.

Açıqlamada ötən ilin sonunda İstanbulda “Reina” gecə klubunda və Almaniyanaın paytaxtı Berlində törədilən terror hücumları xatırladılıb. Dövlət Departamenti ehtimal edilən hücumlarla bağlı narahatlığını vurğulayıb.

Xəbərdarlıqda terrorçuların silah, partlayıcı maddə və avtomobillərdən istifadə edərək, terror törədə biləcəkləri qeyd edilib.

Səyahət edən ABŞ vətəndaşlarına xərəbdarlıq olunub ki, turist məkanları, ibadətxana, otel, restoran, park və əhalinin sıx olduğu yerlərdə terrorun törədiləcəyi ethimalı yüksəkdir.