Maşınını təmir etmək istəyən sürücü xəstəxanalıq oldu


Digərləri 17 Noy 2017 09:59:00 268 0

Maşınını təmir etmək istəyən sürücü xəstəxanalıq oldu

Şamaxı şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Son.az report-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü şəhər sakini İsayev Cavid Rafiq oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi xarab olub.

Texniki nasazlıq yarandığını görən sürücü maşını təmir etmək məqsədi ilə onun alt hissəsinə əyilib. Bu zaman maşın hərəkətə gəlib və sürücünün üzərindən keçib. Ağır xəsarət alan şəxs avtomobildəki sərnişinlərin köməkliyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.