Azərbaycan məhsulları Avropa bazarlarına sərbəst çıxış əldə edə bilər


Digərləri 17 Noy 2017 08:43:00 270 0

Azərbaycan məhsulları Avropa bazarlarına sərbəst çıxış əldə edə bilər

Azərbaycan şirkətlərinin Bosniya və Herseqovinanın şirkətləri ilə əməkdaşlıq etməsi Azərbaycan məhsullarına Avropa ölkələrinin bazarlarına çıxış açacaq. Son.az bildirir ki, bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

R.Məmmədovun sözlərinə görə, bu Bosniya və Herseqovinanın Avropa İttifaqı ilə azad ticarət haqqında razılaşmasının olması sayəsində mümkün ola bilər: "Biz də öz növbəmizdə Bosniya şirkətlərinə Azərbaycanla arasında azad ticarət haqqında razılaşma olan MDB ölkələrinin bazarlarına sərbəst çıxış təklif edə bilərik. Yəni söhbət qarşılıqlı marağından gedir".