Kanadadan ABŞ-a gedən boru kəmərində qəza nəticəsində 795 min litr neft itkiyə gedib


İqtisadiyyat 17 Noy 2017 06:29:22 331 0

Kanadadan ABŞ-a gedən boru kəmərində qəza nəticəsində 795 min litr neft itkiyə gedib

Qəza "TransCanada" şirkətinin "Keystone" boru kəmərində baş verib

"TransCanada" şirkətinin ABŞ-a uzanan "Keystone" boru kəmərində baş verən qəza nəticəsində təqribən 795 min litr neft axaraq itkiyə gedib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı şirkət nümayəndələrinə istinadən CBC telekanalı məlumat yayıb.

Qəza cümə axşamı boru kəmərinin Birləşmiş Ştatların Cənubi Dakota ştatının Marşall dairəsindən keçən hissəsində qeydə alınıb. Hadisənin təfərrüatları məlum deyil.

Neft bu boru kəməri ilə Nebraska, İllinoys, Oklahoma və Texas ştatları ərazisində yerləşən neftemalı zavodlarına nəql olunur.