Silvester Stallone yeniyetmə pərəstişkarına qarşı cinsi zorakılıqda ittiham olunub


Digərləri 17 Noy 2017 02:58:09 169 0

Silvester Stallone yeniyetmə pərəstişkarına qarşı cinsi zorakılıqda ittiham olunub

Hadisə 1986-ci ildə baş verib

Hollivud aktyoru Silvestr Stallone 16 yaşlı pərəstişkarına qarşı cinsi zorakılıq etməkdə ittiham olunub.

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, hadisə 1986-ci ildə baş verib.

O vaxt Amerika filmləri ulduzunun 40 yaşı var idi. Zərərçəkmişin sözlərinə görə, o, aktyor ilə mehmanxanada tanış olub və ondan avtoqraf istəyib. Sonra qız Stallonenin qaldığı otel otağına salınıb və guya orada aktyor və mühafizəçiləri tərəfindən qrup şəklində cinsi zorakılığa məruz qalıb. Zərərçəkmiş polisə müraciət etsə də, iş araşdırılmayıb.

Jurnalistlər hadisədən təsadüfən xəbər tutublar. Onların əlinə polis məlumatları keçib.