ABŞ Konqresi Pentaqonun büdcə layihəsini 700 mlrd. dollar həcmində qəbul edib


Dünya 17 Noy 2017 01:30:17 568 0

ABŞ Konqresi Pentaqonun büdcə layihəsini 700 mlrd. dollar həcmində qəbul edib

Qəbul olunmuş qanun tezliklə imzalanması üçün prezidentə göndəriləcək

ABŞ Konqresinin Senatı Pentaqonun büdcə layihəsini 700 mlrd. dollar həcmində qəbul edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, təsdiq edilmiş məbləğ Amerika prezidenti Donald Trampın əvvəl səsləndirdiyi həcmi əhəmiyyətli dərəcədə üstələyir.

Qəbul olunmuş qanun tezliklə imzalanması üçün prezidentə göndəriləcək.

Sənədin mətninə əsasən, həmin məbləğin 634 mlrd. dolları Pentaqonun fəaliyyətinə, qalan 66 mlrd. dollar isə xaricdə hərbi əməliyyatların həyata keçirilməsinə ayrılacaq.