Parisdə şəhərin ən qədim kitab mağazalarından birində yanğın baş verib - VİDEO


Dünya 16 Noy 2017 23:30:01 346 0

Parisdə şəhərin ən qədim kitab mağazalarından birində yanğın baş verib - VİDEO

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb

Parisin Sen-Jermen bulvarı yaxınlığında yerləşən ən qədim kitab mağazalarından birində yanğın baş verib.

"Report" BFM TV-yə istinadən xəbər verir ki, nəticədə biri yanğınsöndürən olmaqla 7 nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, yanğın binanın iki mərtəbəsini əhatə edib.

Hazırda fövqəladə hallar xidmətinin təqribən 50 əməkdaşı yanğını söndürməyə çalışır.