Bakıda yolu keçən məktəblini əzən yüz minlik avtomobilin FOTOsu


Digərləri 16 Noy 2017 23:31:00 280 0

Bakıda yolu keçən məktəblini əzən yüz minlik avtomobilin FOTOsu

Ötən gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının yaxınlığında məktəbli qızın xəsarət alması ilə nəticələnən avtomobil qəzası ilə bağlı məlumat vermişdik.

Son.az azxeber.com-a istinadən xəbər verir ki, hadisə şagirdlərin dərsdən çıxışı zamanı baş verib. Yolu keçmək istəyən məktəbli qız yüksək sürətlə hərəkət edən avtomobilin altında qalıb.

Hadisə zamanı yaralanan məktəblinin həyatını xilas etmək mümkün olub.

Sözügedən sayt hadisə zamanı məktəblinin xəsarət almasına səbəb olan avtomobilin fotosunu əldə edib. 90-NP-727 dövlət nömrə nişanlı "Dodge" avtomobilinin fotosunu paylaşan jurnalist İltifat Süleymanov avtomobilin qırmızı işıqdan sürətlə keçərək məktəblini vurduğunu deyib.


Xəbərə aid foto