Bakıda mənzil almağı xəyal etməyənlər, orada imarət sahibi olurlar


Digərləri 16 Noy 2017 23:02:00 253 0

Bakıda mənzil almağı xəyal etməyənlər, orada imarət sahibi olurlar

Otuz min manatı olan bir azərbaycanlı İstanbulun mərkəzində yenitikili mənzil ala bilirdi

Avropa və Asiya qitələrini bir-birinə bağlayan, üç tərəfi dənizlə əhatəli, möhtəşəm təbiətə sahib Türkiyə Respublikası getdikcə dünyanın ən cazib mərkəzinə çevrilir. Turist axını ilə yanaşı, bu ölkəyə köçmək, buradan ev almaq istəyənlərin sayı hər keçən gün daha da artır.

Həmçinin də bizim ölkədən. Son 10 ildə Azərbaycandan Türkiyəyə birdəfəlik köçənlərin sayı qeyri-rəsmi məlumatlara görə 100 mini keçib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qardaş respublikaya üz tutanlar, orada şəxsi mənzilə sahib olmağın asanlığından razılıq edirlər. Belə ki, Türkiyədə mənzillərin qiymətləri bizdəkindən xeyli ucuzdur.

Bu, ən azı 2015-ci ilin fevralına qədər, yəni Azərbaycanda ilk devalvasiya olan tarixə qədər belə idi. İnsanımız əlindəki manatı, dəyəri bizim puldan 3 qat aşağı olan türk lirəsinə çevirərək Türkiyədən geniş və ucuz qiymətə təmirli mənzillər ala bilirdi.

Məsələn 2015-ci ilin əvvəlinə qədər, əlində 30 min manatı olan bir azərbaycanlı İstanbulda, şəhərin içindən 110 kvmetr sahəsi olan, təmirli, yenitikili mənzil ala bilərdi. Təsəvvür edin ki, həmin pula o dövrdə nəinki Bakı şəhərində, hətta Sumqayıtda belə, 50 kvadrat metrlik, təmirli mənzil almaq mümkün deyildi. İndi də həmçinin.

Ölkəmizdə ard-arda yaşanan devalvasiyalar manatla türk lirəsi arasında 3 qat uçurumu 1 pillə geriyə, 2 qata saldı. Hazırda yuxarıda misal olaraq verdiyimiz 110 kvmetrlik təmirli mənzili İstanbulda 30 minə yox, 60 min manata almaq olar.

Mövcud vəziyyətin özü belə, Türkiyədə mənzillərin qiymətinin Bakıdan xeylu ucuz olduğunu göstərir. Əlbəttə, yerləşdiyi bölgəyə və kvadratına görə ev qiymətlərində fərqliliklər var.