Bəşər Əsədin ən yaxın adamından etiraf: “O, PKKya kimyəvi silah ötürdü”


Dünya 16 Noy 2017 22:57:00 352 0

Bəşər Əsədin ən yaxın adamından etiraf: “O, PKKya kimyəvi silah ötürdü”

General Sakid, Əsəd-PKK ittifaqından Amerikanın xəbərdar olduğunu deyib

2012-ci ilədək Suriyada Kimyəvi Silahlar üzrə Komitəyə rəhbərlik edən, daha sonra vəzifəsindən istefa verən general Zahir Sakid, Bəşər Əsəd rejiminin PKK-ya xardal qazı ötürdüyünü söyləyib.

"Ən qorxulu kimyəvi silah sayılan xardal qazı artıq 5 ilə yaxındır PKK terrorçularında mövcuddur" - general deyib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, onun dediyinə görə, rejimlə terrorçular arasında əldə olunan razılığa əsasən, PKK-ya içərisinə xardal kapsulu yeridilmiş 100 ədəd raket verilib.

"Bəşər Əsəd rejimi və PKK terror təşkilatı, bu silahların Türkiyəyə və rəsmi Ankaranın dəstəklədiyi suriyalı müxaliflərə qarşı istifadə ediləcəyi barədə razılaşdılar. Sonuncu kimyəvi silah təslimi Deyr əz-Zor bölgəsində gerçəkləşib" - Zahir Sakid qeyd edib.