Dişlərin sağlamlığı yaddaşa və ümumi sağlamlığa təsir edir


Digərləri 16 Noy 2017 22:20:00 286 0

Dişlərin sağlamlığı yaddaşa və ümumi sağlamlığa təsir edir

Norveç alimləri dişlərin sağlamlığının insan orqanizminə verdiyi xeyirlərlə bağlı geniş araşdırma aparıblar.

Son.az deyerler.org-a istinadən bildirir ki, alimlərin keçirdiyi araşdırmaların nəticəsində məlum olub ki, dişlərin sağlam olması, hafizəyə və insan orqanizminin ümumi sağlamlığına müsbət təsir qoyur. Alimlər qeyd ediblər ki, dişlər hətta yeni informasiyanın yadda saxlanılmasında da rol oynayır. Alimlər 20 il ərzində minlərlə insana nəzarət edib və yekunda bu nəticəyə gəliblər.   Alimlər bu insanların həyat tərzini diqqətlə izləyiblər. Alimlər qeyd ediblər ki, insan orqanizminin sağlamlığı birbaşa olaraq dişlərin sağlamlığına bağlıdır. Alimlər qeyd ediblər ki, dişlərin zərrə qədər korlanması da orqanizmə mənfi təsir göstərir. Eyni zamanda dişləri sağlam olmayan insanlar yeni informasiyanı yaxşı yadda saxlaya bilmirlər.