Niyə İmam Rzaya “qərib imam” deyirlər?


Digərləri 16 Noy 2017 21:45:00 326 0

Niyə İmam Rzaya “qərib imam” deyirlər?

Bildiyimiz kimi, İmam Rza (ə) Abbasii xəlifəsi Məmunun əmri ilə Mədinə şəhərindən zorla Xorasana gətirilmiş, burada bir müddət nəzarət altında yaşadıqdan sonra şəhid edilmişdir.

Son.az islam.az-a istinadən bildirir ki, Həzrətin məzarı da Xorasanın Məşhəd şəhərindədir. İranın şimal-şərqində yerləşən Xorasan vilayəti Mədinədən çox uzaqdır. Əhli-beyt (ə) imamlarından heç birinin həyatı babalarının şəhəri olan Mədinədən bu qədər uzaq yerdə keçməmişdir. Doğrudur, İmam Hüseyn (ə), İmam Kazim (ə), İmam Təqi (ə), İmam Nəqi (ə) və İmam Əskəri (ə) İraqda dəfn edilmişlər. Amma İraq ziyarətgahları Mədinəyə Məşhəddən daha yaxındır. Bu imamlar Mədinədən uzaq düşsələr də, Həzrət Əlinin (ə) paytaxt etdiyi Kufəyə yaxın yaşamışlar. Amma İmam Rza (ə) onlardan da xeyli uzaq bir məkanda yaşamışdır. Buna görə o həzrətin qəribliyi daha çox qabardılır.