Çin sürücüsüz avtomobillərin kütləvi istehsalına başlayacaq


Digərləri 16 Noy 2017 21:31:00 313 0

Çin sürücüsüz avtomobillərin kütləvi istehsalına başlayacaq

Çin gələn ilin iyulundan sürücüsüz avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  Çinin qabaqcıl internet-axtarış sistemi olan "Baidu" şirkətinin baş direktoru Li Yanxun Pekində keçirilən konfransda ilkin olaraq "Kinq Long" markasından olan sürücüsüz minivanların istehsal ediləcəyini bildirib. O, rəhbərlik etdiyi şirkətin avtomobillərin sürücüsüz idarə olunması üçün müvafiq texnologiyaya sahib olduğunu qeyd edib. Artıq uğurlu test yürüşləri də keçirilib. Növbəti mərhələdə Çinin "JAC" və "BAİC" şirkətlərinin avtomobillərində müvafiq texnologiya quraşdırılacaq.

Qeyd edək ki, dünyanın bir çox şirkəti süni intellektin inkişafı istiqamətində sürücüsüz idarə olunan avtomobillərin istehsalı üzərində işləyir. "Baidu" korporasiyası da 2013-cü ildən bu sahədə layihəyə başlayıb. Şirkətin mütəxəssisləri əmindirlər ki, süni intellekt vasitəsilə avtomobillərin idarə olunması mümkündür.