Bağırsaq bakteriyaları xərçəng müalicəsini gücləndirir


Digərləri 16 Noy 2017 21:20:00 302 0

Bağırsaq bakteriyaları xərçəng müalicəsini gücləndirir

Fransalı və amerikalı mütəxəssislərin apardığı araşdırmalara görə, həzm sistemimizin dərinliklərində yaşayan bakteriyalar, xərçəng müalicəsi əsnasında şişlərin böyüyüb kiçilməsinə təsir edir. Araşdırmalarda xərçəng xəstələrindəki mikrobiomlar, yəni içimizdə yaşayan mikroskopik orqanizmlər tədqiq edilib. Science jurnalında nümayiş olunan iki araşdırmada müəyyən bakteriya növləri və ümumi mənada mikrobiom müxtəlifliyinin, immun sistemini hərəkətə keçirən müalicələrdə istifadə edilən immunoterapiya dərmanları üzərindəki təsirləri təhlil edildi.

MİKROORQANİZMLƏR ÇOX ƏHƏMİYYƏTLİDİR Son.az deyerler.org-a istinadən bildirir ki,  bədənimizdə trilyonlarla mikroorqanizm yaşayır və bizimlə aralarındakı əlaqə əslində infeksiya xəstəliklərinin çox kənarına gedir. Mikrobiomlar həzmdə infeksiyadan qorunmada və immun sisteminin nizamlanmasında rol oynayır. Hər iki araşdırmada da immunoterapiya müalicəsi görən xəstələr araşdırıldı. İmmunoterapiya hər xəstəyə yaramır, ancaq bəzi hadisələrdə ölümcül mərhələyə daxil olan şişlər belə təmizlənmir.

ANTİBİOTİKLƏR ŞİŞLƏRİ BÖYÜDƏ BİLİR Parisdəki Qustav Russi Xərçəng İnstitutunda aparılan araşdırmada, böyrək və ya ağciyər xərçəngi diaqnozu qoyulmuş 249 xəstə tədqiq edildi. Araşdırma nəticəsində, məsələn dişlərindəki bir ağrı üçün antibiotik alan xəstələrin, mikrobiomlarına zərər verdikləri və immunoterapiya müalicəsi alanda şişlərin böyümə ehtimalının daha böyük olduğu nəticəsi müşayiət olundu.