Restoran biznesində canlanma başlayıb VİDEO


Digərləri 16 Noy 2017 21:07:00 284 0

Restoran biznesində canlanma başlayıb  VİDEO

Məhərrəm ayının başa çatmasına az qalmış restoranlarda qızğın iş başlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, artıq toy gününün vaxtını sifariş etmək üçün gələn müştəriləri də restoranlarda görmək mümkündür. Restoran inzibatçılarının sözlərinə görə, artıq sifarişlər qəbul edirlər. Inzibtçılar deyir ki, daha çox sifariş dekabr ayı üçün, xüsusilə də Yeni il bayramı ərəfəsinədir. Bu arada, restoran sahiblərini toylarda ifa edilən müəllif mahnılarına görə əlavə qonararın verilməsi gözləyir. Inzibatçılar bildirirlər ki, bu qaydanın tətbiqi qiymətlərə hər hansı şəkildə təsir göstərməyəcək. Qeyd edək ki, toy mərasimlərində kütləvi ifaya görə müəllif qonorarı toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayit və Gəncə şəhərləri üzrə 25, digər şəhər və rayonlar üzrə isə 20 manat olacaq.


Xəbərə aid video