İranın Naxçıvandakı Baş konsulluğunda zəlzələ qurbanlarının xatirəsinə anım dəftəri açıldı


Digərləri 16 Noy 2017 20:44:00 248 0

İranın Naxçıvandakı Baş konsulluğunda zəlzələ qurbanlarının xatirəsinə anım dəftəri açıldı

İranın Naxçıvandakı Baş konsulluğunda ölkənin qərb bölgəsində baş vermiş zəlzələdə həlak olanların xatirəsinə anım dəftəri açılıb.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, Naxçıvan MR Ali Məclisi Sədrinin Birinci müavini Azər Zeynalov Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və XİN-in Naxçıvan MR-dəki İdarəsinin vəzifəli şəxsləri ilə birlikdə Baş konsulluğa gələrək İran dövlətinə və xalqına başsağlığı verib. Ziyarətçilər Naxçıvan hökuməti və əhalisinin İran dövləti və əhalisinin dərdinə şərik olduqlarını vurğulayıb və yaralılara şəfa diləyib.

İranın Naxçıvandakı Baş konsulu Mansour Airom onlara təşəkkürünü bildirərək baş vermiş faciələr zamanı hər iki ölkənin məsul şəxslərinin və xalqın bir-birlərinin dərdlərinə şərik olduğunu diqqətə çatdırıb.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun müavini Aytac Öztürk başçılıq etdiyi heyət də Baş Konsulluğa gələrək, Türkiyə dövləti və millətinin başsağlığını çatdırıb.