"Mən də "Real"ın qapılarını Neymarın üzünə açıq qoyuram"


İdman 16 Noy 2017 20:13:00 306 0

"Mən də "Real"ın qapılarını Neymarın üzünə açıq qoyuram"

Serxio Ramos və Karlos Kasemirodan sonra "Real Madrid"in daha bir futbolçusu Neymarı komandada görmək istədiyini gizlətməyib. Goal.az xəbər verir ki, söhbət Madrid klubu və İspaniyanın U-21 yığmasının yarımmüdafiəçisi Daniel Sebalyosdan gedir.

"Ən yaxşı futbolçular "Real"da oynamalıdır. Neymar da onlardan biridir. Komandanın kapitanı bunu deyirsə, mən də klubun qapılarını onun üzünə açıram" - gənc havbek deyib.

Neymar PSG-nin şərəfini qorsuyur. İspaniya mətbuatı 25 yaşlı futbolçunun "Real" tərəfindən Ronaldonun əvəzedicisi kimi nəzərdən keçirildiyini yazır. Bəzi idman nəşrləri "sambaçı"nın 222 milyon avro qarşılığında klubunu dəyişmək ehtimalını istisna etmir.