Poçt şöbələrində “smart kart”lara ödəniş etmək mümkündür


Digərləri 16 Noy 2017 19:26:00 279 0

Poçt şöbələrində “smart kart”lara ödəniş etmək mümkündür

Azərbaycanda ən geniş xidmət şəbəkəsinə malik "Azərpoçt" MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, filial və şöbələrində valyuta əməliyyatları, kommunal ödənişlərin qəbulunu da həyata keçirir.

Son.az bildirir ki, "Azərpoçt"dan Trend-ə verilən məlumata görə, ucqar rayon və kənd yerlərində bank filialları və ödəniş terminalları olmadığından vətəndaşlar təbii qazdan istifadəyə görə "smart kart"lara ödəniş edilməsində problemlə üzləşirdi.

Bu istiqamətdə müraciətləri nəzərə alaraq "Azərpoçt" təbii qazdan istifadəyə görə ödənişlər üçün filiallarını daha 300 ədəd xüsusi qurğularla (kartrider) təchiz edib.

Hazırda rayonlarda 128, Bakı şəhərində isə 171 poçt şöbəsində qazdan istifadəyə görə ödənişlərin qəbuluna tam şərait yaradılıb.