Makedoniyada Azərbaycanı müdafiə edən siyasətçi partiya sədri ola bilər


Siyasət 16 Noy 2017 19:10:00 280 0

Makedoniyada Azərbaycanı müdafiə edən siyasətçi partiya sədri ola bilər

Türk Hərəkatı Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri,millət vəkili Enes İbrahim Türk Hərəkat Partiyasında sədr postu uğrunda baş tutacaq konqres seçkilərində iştirak edəcək. 

Son.az-a bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

"Seçkilər noyabr ayının 19-də Makedoniyanın paytaxtı Skopye (Üsküp) şəhərində baş tutacaq. Partiyanın hazırkı sədri Makedoniyanın dövlət naziri, prof. Adnan Kahil seçkilərdə iştirak etməyəcək. Onun seçkilərdə iştirak etməməsinin əsas səbəbi partiyada gənclərə yol açmaqdır və partiyanı gəncləşdirməkdir. Hal-hazırda partiyada bir neçə namizəd var. Əsas şanlı namizəd Türk Hərəkatı Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri,millət vəkili Enes İbrahim sayılır. Enes İbrahim Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədridir. Bu yaxınlarda Türkiyədə yüksək səviyyəli görüşlər keçirib. O, eyni zamanda Makedoniya-Azərbaycan əlaqələrinin inkişafına çalışır", - deyə E. Eltürk əlavə edib.