Qonaq getdiyi bibisinin evini soymaq istədi, bıçaqlandı VİDEO FOTO


Digərləri 16 Noy 2017 17:20:00 314 0

Qonaq getdiyi bibisinin evini soymaq istədi, bıçaqlandı  VİDEO  FOTO

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, bibisinin evinə qonaq gedən Sumqayıt şəhər sakini, 27 yaşlı Cavid Qasımov, səhər saat 05:00 radələrində həmin evi qarət etmək istəyib.

Bu məqsədlə o maskalı vəziyyətdə evdə axtarışlar aparıb. Hadisədən xəbər tutan ev sahibi evinə oğru girdiyini hiss edib və həmin maskalı şəxsi yaxalayıb. 

Oğrunun başqa şəxs olduğunu zənn edən ev sahibi maskalı şəxsi bıçaqlayıb. Bədəninin müxtəlif yerlərindən 3 bıçaq zərbəsi alan C.Qasımov təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Yaralının vəziyyəti ağırdır və o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 


Xəbərə aid fotolar