Güzəştli mənzilli ilk yaşayış kompeksi barədə ən geniş məlumatlar burada FOTO


Digərləri 16 Noy 2017 17:01:00 357 0

Güzəştli mənzilli ilk yaşayış kompeksi barədə ən geniş məlumatlar burada  FOTO

"MİDA"nın ilk layihəsi Yasamal Yaşayış Kompleksinin internet səhifəsi istifadəyə verilib.

Son.az xəbər verir ki, Azərbaycan prezidentinin 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na əsasən güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib.

Saytın ictimai təqdimatı zamanı Agentliyin Aparat rəhbəri Anar Quliyev bildirib ki, Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az ünvanında yerləşən internet səhifəsi istifadədə rahatlığı və funksionallığı, o cümlədən, informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir.

Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, interyer nümunələri, tikinti ərazisinin baş planı ilə tanış ola biləcəklər.

Bununla yanaşı, Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.


Xəbərə aid fotolar