Yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır FOTO


Digərləri 16 Noy 2017 17:05:00 289 0

Yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır  FOTO

Ötən axşam ölkə ərazisində baş verən yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır.

Son.az xəbər verir ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev APA-ya bildirib ki, rayon İH-nə daxil olan müraciətlər əsasında araşdırmalara başlanıb. Zəlzələ nəticəsində divarları çatlayan, dam örtüyü qismən uçan 120 evə baxış keçirilib. Bir məktəb binası və 3 yaşayış evinin tam qəzalı vəziyyətə düşdüyü məlum olub.   Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvü İlqar Musayev sözügedən sayta deyib ki, komissiya üzvləri rayonda araşdırmalara başlayıb. İndiyədək 40-dan çox yaşayış evinə baxış keçirilib. Qazyan və Evoğlu kəndlərində 3 ev tamamilə qəzalı vəziyyətə düşdüyündən ev sakinləri mənzillərindən çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.   Bərdə rayon İH-dən isə bildirilib ki, yeraltı təkan nəticəsində rayon ərazisində heç bir fəsad qeydə alınmayıb.