"Bakıda temperatur iqlim normasından 2 dərəcə yüksəkdir"


Digərləri 16 Noy 2017 16:36:00 253 0

"Bakıda temperatur iqlim normasından 2 dərəcə yüksəkdir"

"Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir".

Son.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, son bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasına yaxın və iqlim normasından 2-3 dərəcə yüksək olub.

G.Məmmədova əlavə edib ki, hazırda Bakıda və Abşeron yarımadasında 15-18, Mərkəzi Aran rayonlarında 15-20, dağlıq ərazilərdə 8-13 dərəcə isti müşahidə edilir.