Rusiyanın Ermənistandakı hərbi bazasının hərbçisi itkin düşüb


Dünya 16 Noy 2017 16:24:37 298 0

Rusiyanın Ermənistandakı hərbi bazasının hərbçisi itkin düşüb

Gümrüdəki hərbi hissənin hərbçiləri onun şəklini sakinlərə göstərirlər

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının hərbçisi itkin düşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Rusiyanın Gümrüdəki hərbi hissəsinin hərbçiləri əllərində əsgərin fotosu ilə məhəllələri gəzərək sakinlərə onun şəklini göstərirlər.

Rəsmilər hələlik məsələyə münasibət bildirməyib.