Murad Dadaşovun komandası adını AZFAR Biznes Liqasının ilklər sırasına yazdırıb


Digərləri 16 Noy 2017 16:12:00 340 0

Murad Dadaşovun komandası adını AZFAR Biznes Liqasının ilklər sırasına yazdırıb

Biznes mühitində idmana pozitiv münasibətin formalaşması istiqamətində təşkil olunan "AZFAR Biznes Liqası 2017/2018" layihəsi korporativ həvəskar futbolun təbliğatı işini laiqincə həyata keçirir!

Xatırladaq ki, layihənin formatına əsasən mini-futbol üzrə "ABL" turniri 3 mərhələdən ibarətdir:

1. AZFAR Biznes Liqası PAYIZ TURNİRİ Oktyabr-Dekabr 2017

2. AZFAR Biznes Liqası YAZ TURNİRİ Aprel-İyun 2018

3. AZFAR Biznes Liqası SUPER KUBOK MATÇI İyun 2018

Şirkətlər arasında kifayət qədər yaxşı tanınan və oyun meydançasında da adını ilklər sırasına yazdıran "M Group Production" bu layihənin formatına uyğun olaraq ən mübariz və idmana meyilli işçi heyəti ilə oyuna məmnuniyyətlə davam edir. Məsələn, MGP-də koordinator vəzifəsində çalışan 1 nömrəli oyunçu Mehdi Əlizadə və 12 nömrəli oyunçu Kamran Babayev şirkətdaxili vəzifəsinə uyğun olaraq diqqəti və cəldliyi ilə seçildikləri üçün onlar hazırda oyunda qapıçı postundadırlar. Şirkətdə rejissor vəzifəsində çalışan 8 nömrəli oyunçu Elgün Bayramlı peşə vərdişi olaraq idari prosseslərin öhdəsindən yaxşı gəldiyi üçün o, komandanın kapitanıdır. Bilindiyi kimi MGP biznes və korporativ tədbirlərin nümunəvi təşkilatçısıdır. Şirkətin təşkil etdiyi tədbirlərdə müğənni olaraq fəaliyyət göstərən 5 nömrəli oyunçu Vüqar Bəxtiyar oyun meydançasında da yüksək performansı ilə seçilir.