"Qarabağ" - "Chelsea" oyununa biletlər tükənib


İdman 16 Noy 2017 16:12:00 361 0

"Qarabağ" - "Chelsea" oyununa biletlər tükənib

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ” “Chelsea”ni qəbul edəcək. Goal.az xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan biletlərin hamısı satılıb. Oyun noyabrın 22-də, saat 21:00-da keçiriləcək. Matçın baş tutacağı Bakı Olimpiya Stadionu 69 min 870 azarkeş tutumuna malikdir. Oyunda azarkeşləri gözləyən xareoqrafiya sürprizi olacaq.