Bakının bu hissəsində də güzəştli mənzillər tikiləcək


Digərləri 16 Noy 2017 15:51:00 291 0

Bakının bu hissəsində də güzəştli mənzillər tikiləcək

Yasamal Yaşayış Kompleksindən sonra güzəştli mənzillərin vətəndaşlara təqdim ediləcəyi ikinci layihə də Bakıda həyata keçiriləcək.

Son.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Aparatının rəhbəri Anar Quliyev bu gün "MİDA"nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin internet səhifəsinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, əhalinin sıxlığını və mənzillərə olan tələbatı nəzərə alaraq, ikinci yaşayış kompleksi Bakının Suraxanı rayonunda Hövsan qəsəbəsi yaxınlığında salınacaq: "Yasamaldakından fərqli olaraq, Hövsandakı yaşayış kompleksinin sahəsi daha böyük olacaq. 20 hektarlıq kompleksin şəhərsalma layihələri hazırlanıb və artıq bu il orada tikintiyə başlayacağıq. Orada təxminən 3 min mənzil olacaq".