Şəkidə zəlzələ zamanı evlərdən birində çatlar əmələ gəlib


Sosial 16 Noy 2017 15:34:45 269 0

Şəkidə zəlzələ zamanı evlərdən birində çatlar əmələ gəlib

Dörd nəfərilik ailə hazırda həmin evdə yaşayır

Şəki rayon Göybulaq kəndində zəlzələ zamanı evlərdən birində çatlar əmələ gəlib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, həmin ev 1961-ci il təvəllüdlü Vəlyəddin Əliyevə məxsusdur.

İkiotaqli evin hər iki otağı qəzalı vəziyyətə düşüb.

Ailə 4 nəfərdən ibarətdir və hazırda həmin evdə yaşayır.