"Barcelona" argentinalı ulduza müddətsiz müqavilə hazırlayır
İdman 16 Noy 2017 15:33:00 280 0
"Barcelona" Lionel Messi ilə müddətsiz müqavilə imzalamaq istəyir. Goal.az "Mundo Deprotivo" nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq 2021-ci ilə kimi nəzərdə tutulmuş yeni sözləşməyə imza atıblar. La Liqa prezidenti Xavyer Tebas da son açıqlamasında bu barədə məlumat aldığını bildirmişdi. Katalon klubu isə karyerasının sonuna qədər argentinalı ulduzun xidmətində maraqlıdır. Hazırda bu müqavilənin şərtləri müəyyən olunur. Messi "Barcelona"nı başqa kluba dəyişmək fikrində olmasa da, karyerasını "Newell`s Old Boys"da bitirmək istədiyini bir neçə dəfə dilə gətirib. "Barcelona" daha öncə Andres İniesta ilə ömürlük anlaşma imzalamışdı.
Mənbə: goal.az