Bank of Baku İpoteka kreditləri üzrə illik faiz dərəcəsini aşağı saldı!


Digərləri 16 Noy 2017 15:25:00 434 0

Bank of Baku İpoteka kreditləri üzrə illik faiz dərəcəsini aşağı saldı!

Bank of Baku, ev sahibi olmaq istəyənləri yenə sevindirdi - İpoteka krediti üzrə şərtlərini daha da yüngülləşdirdi.

İllik faiz dərəcəsini aşağı salan bank, 150.000 AZN-dək İpoteka kreditini indi 7% illik faiz dərəcəsi ilə təqdim edir.  Bank of Baku-nun təklif etdiyi İpoteka kreditləri üzrə maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLKİN ÖDƏNİŞ isə sadəcə 20% təşkil edir.  İpoteka krediti əldə etmək istəyənlər rəsmiləşdirmə üçün aşağıdakı ilkin sənədləri təqdim etməlidirlər:

-​ Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;

- Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

-​ Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

-​ İş yerini və gəlirlərini təsdiq edən sənədlər.