Ərdoğan yenidən Rusiyaya səfər edəcək


Dünya 16 Noy 2017 14:17:16 291 0

Ərdoğan yenidən Rusiyaya səfər edəcək

Noyabrın 22-də Soçidə Suriya məsələsi ilə bağlı Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Rusiyaya səfər edəcək.Son.az “report”-a istinadən xəbər verir ki, noyabrın 22-də Soçidə Suriya məsələsi ilə bağlı Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti keçiriləcək. 

Toplantıda R.T.Ərdoğan, Rusiya rəhbəri Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak edəcək. Onlar Suriyadakı hazırki vəziyyəti və böhrandan çıxış yollarını müzakirə edəcəklər.