Zabrat yolu hər gün niyə bağlanır?


Digərləri 16 Noy 2017 13:53:00 265 0

Zabrat yolu hər gün niyə bağlanır?

Təxminən 2 aydır hər gün Bak-Zabrat yolunda maşınların hərəkətinin yol polisləri tərəfindən dayandırılması, yolun bir müddətlik bağlanması sürücülərin etirazına səbəb olub. YPX əməkdaşları bunu aeroport yoluna girişdəki tıxaca görə etdiklərini bildirirlər. Sürücülər isə yol bağlamağın effekt vermədiyini, əksinə Zabrat yolunda uzun məsafədə süni tıxacların yarandığını iddia edir.

Son.az xəbər verir ki, məsələ ilə bağlı qafqazinfo-ya açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülərin bu narazılığından xəbərdardır: "Bakı-Zabrat yolunun Aeroport şossesi ilə kəsişən hissəsində yol nəqliyyat hadisələri baş verməməsi və sıxlıq olmaması üçün yol polisi əməkdaşları pik saatlarında xidmət aparırlar. Aeroport şossesi strateji əhəmiyyətli, birinci dərəcəli yol olduğu üçün ona üstünlük verilir. Bu da həmin ərazidən keçən avtomobil sürücülərini narahat edir. Bu narazılığı son 2-3 gün ərzində aradan qaldırmaq üçün eyni dərəcədə üstünlük verməyə çalışırıq. Sabunçu körpüsü ilə kəsişən hissəsində quraşdırılan yerüstü keçidin yanında piyadaların qanunsuz yolu keçməsi və taksilərin qanunsuz dayanması hərəkəti daha da çətinləşdirir. Buna görə də keçidin altında da 2 Yol Patrul Xidməti, 2 Post Patrul Xidməti əməkdaşı xidmət aparır. O yolda sıxlıq yaradanlar sürücülər və piyadalardır". 

Polkovnik qeyd edib ki, Bakı-Zabrat yolu təmir edildikdən sonra oradan istifadə edənlərin də sayı artıb: "Sumqayıtdan gələnlər də bu yoldan keçməyə başladı. Həmçinin, Rəsulzadə qəsəbəsində də yolda əsaslı təmir işləri aparılması üçün yol bağlanıb. Bu da öz təsirini göstərib. Həmin yol istifadəyə verildikdən sonra Zabrat yolunda sıxlıq azalacaq.