"Zəlzələ zamanı qaçmaq lazım deyil"


Digərləri 16 Noy 2017 13:32:00 259 0

"Zəlzələ zamanı qaçmaq lazım deyil"

Zəlzələ baş verən zaman qaçmaq əvəzinə, olduğun yerdə qalıb qorunmaq lazımdır.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli deyib.

O bildirib ki, hündürmərtəbəli binalarda yaşayan insanlar qaçmağa çalışmamalıdırlar: "Çünki zəlzələ saniyələr ərzində baş verən prosesdir. Zəlzələ baş verən zaman qaçmaq əvəzinə olduğun yerdə qalıb, qorunmaq lazımdır, məsələn, qapının ağzında, otağın küncündə, stolun altında gizlənmək daha yaxşı olar. Bunlar olacaq bədbəxt hadisələrin qarşısını yüngül də olsa ala, üzərlərinə düşəcək şeyin təsirini müəyyən qədər azalda bilər".