Mövlud Çavuşoğlu: “Türkiyə silah almaq üçün alternativlər axtarır”


Dünya 16 Noy 2017 13:18:57 273 0

Mövlud Çavuşoğlu: “Türkiyə silah almaq üçün alternativlər axtarır”

Nazir: “YPG” silahlıları Raqqaya terrorçu İŞİD-lə savaşmaq üçün deyil, bölgənin ələ keçirməkdən ötrü gediblər”

“ABŞ-dan aldığımız silahların tədarükü ilə bağlı gecikmələr olduğu üçün Türkiyə alternativlər axtarır”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentin büdcə komissiyasının iclasında bildirib.

O, Suriyadakı vəziyyətdən danışarkən deyib: “YPG” silahlıları (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu – “Report”) Raqqaya terrorçu İŞİD-lə savaşmaq üçün deyil, bölgəni ələ keçirməkdən ötrü gediblər”.