Hacıbala Abutalıbov: "Şeytana da can sağlığı arzulayıram"


Digərləri 16 Noy 2017 12:56:00 282 0

Hacıbala Abutalıbov: "Şeytana da can sağlığı arzulayıram"

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov səhhəti ilə bağlı yazılanlara cavab verib.

Son.az xəbər verir ki, mer modern.az-a açıqlamasında səhhətində heç bir problem olmadığını bildirib: "Mən hazırda iş başındayam. Bu dəqiqələrdə müdriklikdən müqəddəslik zirvəsinə qədər ucalmış Heydər Əliyevlə görüşüb gəlirəm.

Mən nəinki şeytanı mələyə çevirmək istəyənlərə, özlərilə bacaran və talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm".