Şəmkir sakinindən bacısına qarşı QANDONDURAN ƏMƏL: 6 dəfə... ŞOK TƏFƏRRÜAT


Digərləri 16 Noy 2017 12:45:00 344 0

Şəmkir sakinindən bacısına qarşı QANDONDURAN ƏMƏL: 6 dəfə...  ŞOK TƏFƏRRÜAT

Şəmkir rayonunda bacısını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Azad Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azad Alıyev Ermənistanın Vardenis rayonu, Pəmbək kəndində anadan olub, 1988-ci ildə Şəmkir rayonu, Yeni Göyçə kəndində məskunlaşıb.

İttihama görə, Azad Alıyev 4 avqust 2015-ci il tarixdə, saat 22 radələrində bacısı Sona Alıyevanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Şəmkir rayonu, Dəllər qəsəbəsi sakini Sabir Əliyev ilə birlikdə onun müvəqqəti məskunlaşdığı Şəmkir rayonu, Posanlı yaşayış massivindəki evinə gəlib.

Bacısına etiraz

Bu zaman Azad Alıyev bacısının Sabir Əliyev ilə rəsmi nikah olmadan ər-arvad kimi yaşamasına qəti etirazını bildirib. Bununla əlaqədar aralarında mübahisə yaranıb.

Mübahisə zamanı o, bacısı Sonanın sifətinə yumruqla vurub.

Qardaşın tələbi

Bundan başqa Azad avqustun 8-də, saat 23-24 radələrində Sona Alıyeva və Sabir Əliyevin rəsmi nikah bağlayıb, ər-arvad kimi yaşamasına razı salmaq istəyib. O, bu məqsədilə Sabir Əliyevin yaşadığı Dəllər qəsəbəsi istiqamətinə piyada gedib.

Bu zaman Bakı-Qazax avtomagistral yolun dördyol ayrıcında Dəllər istiqaməti tərəfdə Sabir Əliyevin avtomaşınını görən Azad əl etməklə maşını saxladıb.

Qisas

Azad avtomobilin arxa oturacaqda bacısı Sonanın yanında oturub. O, bacısına Sabir Əliyevlə rəsmi nikahı olmadığı halda onunla birlikdə yaşamağı irad tutub.

Bununla bağlı o, bacısı ilə mübahisə edib. Bu zaman Azad Sona Alıyevadan qisas alaraq, onu öldürmək qərarına gəlib. Bu məqsədilə Azad özündə olan bıçağı cibindən çıxarıb.

Qardaşının cibindən bıçaq çıxardığını görən Sona maşından düşərək qaçıb. Bu zaman Azad da düşərək bacısını təqib edib.

6 bıçaq zərbəsi