Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin görüşünün tarixi məlum oldu


Siyasət 16 Noy 2017 12:32:47 209 0

Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin görüşünün tarixi məlum oldu

Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin görüşünün noyabrın 30-da Bakıda keçirilməsi gözlənilir.

Son.az xəbər verir ki, bunu Trend-ə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Səfirin sözlərinə görə, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, bu görüş 3 ölkə arasında mövcud olan məsələləri, təhdid və çətinlikləri müzakirə etmək baxımından çox vacibdir. Nazir bildirmişdi: "Azərbaycan XİN səviyyəsində bir çox görüşlər keçirir. İndi Pakistan da bu formata qoşulur. Fikrimcə, bu format çox rahat və düzgündür".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində