Deputatdan təklif: "Azərbaycanda da xaricdən maliyyələşən KİVlər casus hesab olunsun"


Digərləri 16 Noy 2017 12:28:00 316 0

Deputatdan təklif: "Azərbaycanda da xaricdən maliyyələşən KİVlər casus hesab olunsun"

Milli Məclisin deputatı Aqil Abbas xarici ölkələrdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan Rusiya qanununun Azərbaycanda da qəbul edilməsini təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, belə bir təşəbbüslə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas komitənin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, Rusiyada qəbul edilən yeni qanuna görə, xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunacaqlar: "Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var".