"Barca"nın futbolçusu Mərakeşi seçir


İdman 16 Noy 2017 12:11:00 276 0

"Barca"nın futbolçusu Mərakeşi seçir

"Barcelona"nın "Alaves"də icarə əsasında çıxış edən futbolçusu Munir El Haddadi Mərakeş millisində forma geyinmək istədiyini açıqlayıb.

Goal.az xəbər verir ki, 22 yaşlı hücumçu İspaniya yığmasında 13 dəqiqə forma geyinməsinə baxmayaraq, DÇ-2018-ə vəsiqə qazanan Mərakeş millisində oynamaq üçün federasiyaya müraciət etdib. Mərakeş Futbol Federasiyası məsələ ilə bağlı FİFA-ya məktub ünvanlayıb.

Mərakeş mətbuatında yer alan mətbuata görə, federasiya müsbət cavab almasa, Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.