Mingəçevirdə zəlzələ zamanı yeniyetmə qızın qorxudan ayaqları tutuldu


Digərləri 16 Noy 2017 12:04:27 297 0

Mingəçevirdə zəlzələ zamanı yeniyetmə qızın qorxudan ayaqları tutuldu

Mingəçevir şəhərində zəlzələ zamanı 20 nəfər xəstəxanaya yerləşdirilib, yeniyetmə qızın qorxudan ayaqları tutulub.

Son.az report-a istinadən xəbər verir ki, baş verən zəlzələdən sonra Mingəçevir Şəhər Təcili Tibbi Yardım Stansiyası gücləndirlimiş iş rejiminə keçib. Proses zəlzələ baş verən andan səhərə qədər davam edib. 

Belə ki, zəlzələdən sonra Təcili Tibbi Yardım maşınları ilə 20-dən çox yerli sakin xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilənlər əsasən həyacan və qorxudan şok keçirənlər olub.